İtaliya Səhiyyə Nazirliyi  koronavirus infeksiyası ilə bağlı ölkədəki son vəziyyət barədə məlumat yayıb. .

Unikal.org xəbər verir ki, son 24 saat ərzində COVID-19-un yaratdığı xəstəlikdən 153 pasiyent dünyasını dəyişib.

Hazırkı dövrədək İtaliyada 224 760 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 122 780 nəfər müalicə olunaraq sağalıb, 31 763 nəfər vəfat edib, 70 187 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.