İrlandiyada yeni növ koronavirusa (COVID-19) gündəlik yoluxma hallarında azalma baş verib.

Unikal.org-un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Son 24 saat ərzində 92 nəfərə COVID-19 diaqnozu qoyulub.

İrlandiyada ilk dəfə olaraq koronavirusa yoluxanların sayı 100 nəfərdən aşağı olub.

Nazirlik qeyd edib ki, son sutkada 15 nəfər dünyasını dəyişib. Ümumilikdə müalicə alan 1 533 xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Ölkə üzrə isə testdən keçirilənlərin 24 048-i xəstə çıxıb.