İranda davam edən çəyirtkələrin "hücum"u 7,4 milyard dollarlıq kənd təsərrüfatı məhsullarının məhvinə səbəb ola bilər.

Unikal.org "ILNA"ya istinadən xəbər verir ki, ölkənin şərqi və cənub-qərbində bu həşəratların qarşısının alınması üçün ordudan istifadə olunacaq. Əsgərlər xüsusi yolsuzluq avtomobillərinin köməyi ilə həmin çəyirtkələri ərazidən uzaqlaşdırmağa çalışacaqlar.

Qeyd edək ki, çəyirtkələrin İranın 7 əyalətində 200 min hektardan çox əraziyə hücum etdikləri bildirilib.