Bildiyiniz kimi, yeni növ koronavirus (Covid-19) infeksiyası Çinin Uhan şəhərində meydana gəlib.

Unikal.org "CNN"-ə istinadən xəbər verir ki, başda ABŞ olmaqla müxtəlif dünya ölkələri pandemiyanın yayılmasında Çini ittiham edirdilər. Məsələ ilə bağlı açıqlama verən çinli həkim Zhong Nanshan virusun yeni yayıldığı zamanlarda Uhanda həkimlərin insanlara düzgün məlumatlara çatdırmadığını deyib.

Onun sözlərinə görə, ilk başlarda koronavirusa yoluxanların sayı gizlədilib. Bu da virusun ölkə daxilində və dünyada sürətlə yayılmasına səbəb olub.

Qeyd edək ki, Çin hökümətinin açıqladığı rəsmi rəqəmlərə görə sözü gedən ölkədə ümumilikdə 82 947 nəfər "Covid-19"-a yoluxub, onlardan 4 633-ü bu səbəbdən dünyasını dəyişib.