Fransanın Ali Təhsil, Tədqiqat və İnnovasiya naziri Frederik Vidal yeni növ koronavirus (Covid-19) infeksiyasına qarşı peyvəndin hazırlanması ilə bağlı açıqlama verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o, Donald Trampın virusa qarşı il sonuna qədər peyvənd hazırlayacaqları ilə bağlı dediyi sözlərə münasibət bildirib. 

Frederik Vidal bu cür yoluxucu viruslara qarşı peyvəndlərin tapılması və test olunması üçün bir neçə il lazım olduğunu qeyd edərək "Covid-19"-a qarşı peyvəndin 18 aydan tez hazır ola bilməyəcəyini deyib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən günlərin birində keçirdiyi mətbuat konfransında 2020-ci ilin sonuna qədər koronavirus peyvəndini hazırlayacaqlarını bildirmişdi.