Koronavirus təhlükəsi səbəbindən Almaniyada da ciddi karantin tədbirləri həyata keçirilir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, koronavirus xəstələrinin sayının azalmasından sonra ölkədə karantin qaydalarına qarşı etiraz aksiyaları başlayıb. Belə ki, insanlar karantin müddətinin ləğv olunmasını tələb edirlər.

Etirazlar artıq paytaxt Berlində də həyata keçirilir. Nümayişçilər üzərində "Sağlamlığa qarşı terroru dayandırın", "Yalnış koronavirus xəbərdarlığı" yazılan şüarlarla etiraz ediblər.

Aksiyalar zamanı çox sayda insan polis tərəfindən saxlanılıb.