Nepal Səhiyyə Nazirliyi ölkədə koronavirusdan ilk ölüm faktının qeydə alındığını açıqlayıb.

Unikal.org xəbər verir ki, bu barədə “Kathmandu Post” qəzeti məlumat yayıb. Məlumatda 29 yaşlı pasiyentin öldüyü bildirilir. Qeyd olunub ki, xəstə mayın əvvəlində uşaq dünyaya gətirib. Onda COVID-19 infeksiyası aşkarlanıb.

Son məlumatına görə, Nepalda koronavirusa yoluxanların ümumi sayı 281 nəfərdir.