ABŞ-da yaşayan türkiyəli məşhur iş adamı Ali Rıza Doğanın anası dünyasını dəyişib.

Unikal.org "haberler.com"-a istinadən xəbər verir ki, tanınmış biznesmenin anası Kıymet Doğana yanlış diaqnoz qoyulub. Belə ki, 74 yaşlı qadının koronavirus xəstəsi olmasına baxmayaraq onun ilk "Covid-19" testinin nəticəsi neqativ olub.

Kıymet Doğanın 2 həftə sonra üçüncü dəfə testdən keçdikdə koronavirusa yoluxduğu aşkarlanıb. Oğlunun sözlərinə görə, anasının koronavirusa yoluxduğu məlum olduqdan sonra onun müalicə olunması üçün artıq çox gec idi.

Qeyd edək ki, 74 yaşlı qadın Nyu-Cersidə dəfn ediləcək.