Almaniyada ötən sutka ərzində yeni növ koronavirusa 583 nəfər yoluxub, 33 nəfər isə dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Robert Kox Universitetindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 174 355 nəfərə çatıb. Onlardan təxminən 8 mini ölüb, 153 mini isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları Bavariya, Vestfaliya və Baden-Vürtemberqdə qeydə alınıb