Daha öncə də xəbər verdiyimiz kimi, İngiltərənin Oksford Universitetində koronavirusa qarşı peyvənd tapılması üçün çalışmalar davam etdirilir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə höküməti də bu barədə məlumat verib. Bildirilir ki, Oksford Universitetinin araşdırmaları nəticəsində peyvənd tapılarsa, 6 ay ərzində bütün ölkə üçün bəs edəcək qədər vaksin istehsal etmək mümkün olacaq.

Bu məqsədlə peyvənd istehsalı müəssisəsi üçün 100 milyon funt-sterlinq (207 milyon manat) vəsait ayrılıb.

Qeyd edək ki, peyvənd hazırlanması prosesinin 80 faiz ehtimalla müsbət nəticə verəcəyi təxmin edilir.