ABŞ-ın keçmiş prezidenti Barak Obama ölkədə koronavirusla bağlı baş verən hadisələr haqqında açıqlama verib.

Unikal.org Amerika KİV-nə istinadən xəbər verir ki, o, pandemiya dövründə ölkə rəhbərlərinin məsuliyyətsiz davrandıqlarını bildirib. Obama eyni zamanda bu xəstəliyin afroamerikalıların illərdir üzləşdikləri bərabərsizliyi sübut etdiyini qeyd edərək "Koronavirus cəmiyyətimizdəki insanlara eyni dərəcədə təsir etmədiyini görürük. Bu pandemiya ölkəni idarə edənlərin nə etdiklərini bilmədiklərini də sübuta yetirdi" sözlərini deyib.

O, Trampın adını çəkməsə də bu sözlərlə ölkə rəhbərlərini tənqid edib. Qyed edək ki, Obama daha öncə də Donald Trampın ölkədəki qarışıq vəziyyəti idarə etməsini "xaotik bir faciə" adlandırmışdı.