May ayının 14-də Mərsin şəhərində intihar hadisəsi baş vermişdi.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, özünü asaraq öldürən Ümit K. adlı şəxsin mərmər ustası olduğu bildirilib. Cəsədin tibbi ekspertizasının nəticəsində onun "Covid-19"-a yoluxduğu aşkarlanıb.

Bu xəbərin yayılmasının ardından Ümit K. ilə yaxın təmasda olan və ailəsi ilə birlikdə eyni yerdə işləyən ümumilikdə 120 nəfər karantinə alınıb. Həmin şəxslərin hər birinə koronavirus testi edilib. Testlərin nəticələri hələ ki, açıqlanmayıb.

Qeyd edək ki, intihar edən Ümit K. dörd uşaq atası olub.