Belçikada son gün ərzində daha 291 nəfər koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, ölkədə "Covid-19"a yoluxanların sayı 55 280-a çatıb. Onlardan 9 052-si pandemiyanın qurbanı olub. Təkcə son gün ərzində isə 47 nəfər koronavirusdan ölüb.

Qeyd edək ki, Belçikada karantin qaydaları 4 may tarixindən etibarən yumşaldılmağa başlayıb. 

Xatırladaq ki, yeni növ koronavirus (Cvoid-19) infeksiyası Çinin Uhan şəhərində meydana gəlib. Xəstəlik Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan edilib.