İngiltərəli mütəxəssislər neqativ nəticələnən koronavirus testlərinin yanlış ola biləcəyini açıqlayıblar.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, buna isə testlərin düzgün işləməməsi yaxud həkimlərin etdikləri səhvlər səbəb ola bilər. Nəticədə xəstəliyin daha sürətlə yayılması təhlükəsi meydana gəlir.. Belə ki, koronavirus testi yanlışlıqla eqativ çıxan şəxs xəstə olmadığını düşünür və həyatına normal olaraq davam edir. 

Həmin zaman isə o, koronavirusun daşıyıcısıdırsa, ətrafındaki insanları da virusa rahatlıqla yoluxdura bilər. İddialara görə, nəticələri neqativ çıxan şəxslərin 30%-i əslində koronavirus daşıyıcısıdır.