“Özünü "Milli Şura" adlandıran, ancaq məlum xarici güvvələrin təşəbbüsü ilə formalaşan, millilikdən uzaq olan bir qrupda toplaşan "siyasət tör-töküntülərinin" videokonfrans adlandırdıqları, etikadan kənar ifadəlrlə "bəzədilmiş" məzhəkəyə baxdım. Bir daha aydın oldu ki, demokratiyadan, insan haqlarından həmişə ağızdolusu danışan bu üzdəniraq "siyasətçilərin" əslində nə demokratiya, nə də insan haqları haqqında elementar təsəvvürləri belə yoxdur”.

Bu fikirləri Unikal.org-a açıqlamasında Təkamül Partiyasının sədri Teyyub Qəniğlu bildirib. O bildirib ki, videokfrans boyu səsləndirilən "yaramaz gədə", "yaramazlar", "iki üzlü", "riyakar", "üzdəniraq", "rusvayçı" kimi ifadələr özünü "insan haqları uğrunda mübariz" elan edən siyasətçilərə yaraşarmı və belələrini siyasətçi adlandırmaq olmaz: “Ən acınacaqlı hal odur ki, bu cür təfəkkürə sahib olan üzdəniraq "siyasətçilər" hakimiyyətə gəlmək istəyirlər!? Oppnetlərini "bədbəxtlər", "bitmiş siyasətçi" adlandıranlar heç olmasa gündə bir dəfə olsa da, güzgüyə baxırlarmı? Bədbəxt, bitmiş siyasətçilər kimlərdir cənab Cəmi Həsənli və qadına yaraşmayan ifadələr işlədən Gültəkin xanım? Videokonfransın xeyli hissəsinin milli mentalitetimizə təmamilə yad olan "qərbin bir nömrəli prioritet" saydığı, "həssas yanaşdığı", mövzulara, o cümlədən seksual azlıqların hüquqlarının qorunmasına həsr edilməsində məqsəd nə idi? Aydındır ki, əsas məqsəd hesabat verdikləri, tapşırıqlarını canla-başla yerinə yetirdikləri xarici dairələrin tapşırığını yerinə yetirmək, onlara xoş gəlmək, eyni prinsipləri bölüşdüklərini nümayiş etdirməkdir Mən Milli Şuranın "fəaliyyətini" vaxtaşırı izləyirəm. Ancaq indiyədək bu "Şuranın" iç üzünü açan belə "toplantı"nı xatırlamıram. Milli Şura bu videokonfransla iç üzünü göstərdi”.

Murad İbrahimli