Yunanıstan COVID-19 pandemiyası səbəbilə tətbiq olunan məhdudiyyətləri yumşaltmağa başlayıb və nəticədə 500 çimərliyi ictimaiyyətə açıb.

Unikal.org xəbər verir ki, rəsmilərin bu addımı bu həftə sonu ölkədə istilik dalğasının yaşanacağı gözləndiyi vaxta təsadüf edib. Lakin bu tədbirin məqsədinin isti havadan savayı yay turizminə hazırlıq olaraq görülür.

Şənbə günü artıq ölkə boyu insanlar bir aylıq karantin rejimindən sonra çimərliklərdə günəş vannaları qəbul etməyə başlayıblar.