İngiltərənin “Harlou” klubunun futbolçusu Fransua Kablan öldürülüb. 

Unikal.org “The Guardian” nəşrinə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu Londonda küçədə gəzərkən, yaranan mübahisə əsnasında bıçaqlanıb.

Hadisə ilə bağlı istintaq davam etdirilir. 

“Harlou” klubunun meneceri Adam Konolli Kablanın öldürüldüyünü təsdiqləyib. Konolli, Kablanın çox alicənab və mehriban olduğunu deyib.

Kablan, “Harlou” klubundakı son oyununda het-trik edərək, komandasına qələbə qazandırmışdı.