Xəbər verdiyimiz kimi, bu gündən etibarən restoran, kafe, çay evləri, parklar fəaliyyətinə saat 08:00-dan 18:00-dək icazə verilib. Yeni qaydalara əsasən, ictimai iaşə müəssisələrində masalararası məsafə 1,5 metrdən çox olmalıdır.

Unikal.org paytaxtda fəaliyyət göstərən bir çox iaşə obyektləri, parklarda çəkiliş edib.

2 ay müddətində “Evdə qal” aksiyasına qoşularaq virusa birlikdə mübarizə aparan xalqımız bu gündən gündəlik məşğuliyyətlərinə müəyyən qədər geri dönüb. Parkların, istirahət mərkəzlərinin, həmçinin də, kafe və restoranların açılmasını səbirsizliklə gözləyən insanlar uzun fasilədən sonra “sms” icazəsi olmadan rahat şəkildə çölə çıxıblar. Həmçinin şəhərdə sıxlıq yaşanıb. 

FOTO: Müzəffər İsmayılov