Pandemiya dövründə yaponiyalı mütəxəssislər təkrar istifadə edilə bilən tibbi maska hazırlayıblar.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, fərdi qoruyucu vasitələrin hazırlanmasını Niiqata Universitetinin işçiləri tərəfindən aparılıb. Yeni vasitə "Covid-19" da daxil olmaqla insanları virus infeksiyalarına yoluxmaqdan qoruyur. Yeni maskanı 100 dəfəyə qədər yumaq mümkündür.

Bu maskaların yalnız Yaponiyada satılacağı gözlənilir. Onun mayın 23-dən satışa çıxarılması planlaşdırılır.