Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin imzaladığı əmrlə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Elnur Musayev tutduğu vəzifədən azad edilərək Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi vəzifəsinə təyin olunub.

Bu  barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov Unikal.org-a açıqlama verib. 

Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Elnur Musayev tutduğu vəzifədən azad edilərək Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi vəzifəsinə təyin olunub.

Elnur Musayev Bakı Dövlət Universitetinin, Böyük Britaniyanın Şeffild Universitetinin hüquq fakültələrini və Beynəlxalq Antikorrupsiya Akademiyasını fərqlənmə ilə bitirərək ikinci magistr dərəcəsini qazanıb.

O, 1998-ci ildən prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən 2005-2020-ci illərdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində böyük prokuror vəzifəsində işləyib.

Baş prokurorun digər əmri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Müabrizə Baş İdarəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Emin Nəsibov tutduğu vəzifədən azad edilərək Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsinə təyin olunub.

Emin Nəsibov Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və həmin universitetin cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ixtisası üzrə magistr pillələrində təhsil alıb.

O, 2010-cu ildən prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən 2019-cu ildən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində böyük prokuror vəzifəsində işləyib.