Ağcabədi rayonunda, ferma ərazisində ümumi sahəsi 30 m² olan taxtadan ibarət tikilinin yanar konstruksiyaları 8 m² sahədə yanıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.