Xəbər verdiyimiz kimi, bu gün Binəqədi rayonu, Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasında 4-ü uşaq olmaqla, 11 nəfərin ölümünə səbəb olan dəhşətli yanğından 5 il ötür.

Həmin tarixdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı olan Xaləddin İsgəndərov Unikal.org-a açıqlamasında bu yanğından təəssüfləndiyini bildirib:

"Allah heç kəsə göstərməsin. O gün mənim həyatımda ən ağrılı, ən acılı gün idi. O, faciədə dünyasını dəyişənlərə Allah rəhmət eləsin. Ölənlərin yaxınlarına baş sağlığı verirəm".

Famil Fərhadoğlu