Milli Məclisin növbəti plenar iclasında insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabatı müzakirə edilir. 

Unikal.org xəbər verir ki, Milli Koordinator, Daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov 2019-cu illə bağlı deputatlara illik məlumat  verir. 

“Müvafiq qanunvericilik aktlarına əsasən sahibkarlıq subyektlərində yoxlamalar dayandırıldığından son illər kənd təsərrüfatı, ictami iaşə və digər sahələrdə məcburi əmək faktlarının aşkarlanması üzrə monitorinqlər aparılmır”.

Onun sözlərinə görə, ancaq məsələnin əhəmiyyəti nəzərə alınaraq həmin yoxlamaların bərpa olunması üçün Daxili İşlər Nazirliyi (DİN) tərəfindən aidiyyatı üzrə məsələ qaldırılıb.