Naxçıvan Dövlət Universitetində (NDU) yeni fakültələr yaradılıb.

Unikal.org  xəbər verir ki, NDU-da Beynəlxalq münasibətlər və xarici dillər, Sosial idarəetmə və hüquq fakültələrinin bazasında 2 fakültə- Beynəxalq münasibətlər və hüquq, Xarici dillər fakültələri yaradılıb. İqtisad fakültəsi ləğv edilərək İqtisadiyyat və İdarəetmə fakültəsi yaradılıb.

Beynəlxalq münasibətlər və hüquq fakültəsi özündə Hüquq fənləri, Fəlsəfə və sosial iş, Beynəlxalq münasibətlər, İqtisadiyyat və idarəetmə fakültəsi Mühasibat uçotu və maliyyə, Dünya iqtisadiyyatı və menecment, Bələdiyyə və turizm, Xarici dillər fakültəsi isə İngilis dili və metodika, İngilis dili və tərcümə, Rus və Şərq dilləri, Roman-german dilləri kafedralarını formalaşdırıb.

Tibb fakültəsində də ixtisas uyğunluğu nəzərə alınaraq Əczaçılıq və biokimya, Stomatologiya, Ümumi təbabət və kliniki fənlər, Təməl tibb fənləri kafedraları yaranıb. Yeni yaradılmış kafedralarda professor-müəllim heyəti ixtisas sahələrinə görə formalaşıb.