Rusiyanın Baş naziri Mixail Mişustin koronavirusdan sağalıb.

Unikal.org xəbər verir ki, baş nazir müalicə olunduğu xəstəxanadan evə buraxılıb.

M.Mişustinin mətbuat katibi bildirib ki, Baş nazir artıq fəaliyyətə başlayıb və həmkarları ilə videokonfrans formatında iclas keçirib.

Gün ərzində M.Mişustinin Rusiya prezidenti ilə onlayn görüşü planlaşdırılır.