Ukraynada karantin müddətinin iyunun 22-nə qədər uzadılması planlaşdırılır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı  ölkənin Səhiyyə nazirinin müavini, baş sanitar həkim Viktor Lyaşkonun açıqlamasına istinadla xəbər yayıb.

 O, bu müddətin erkən ləğvini də istisna etməyib:

“Biz karantin rejimini iyunun 22-dək uzadacağıq. Hər şey epidemioloji vəziyyətdən asılı olacaq”.