Rusiyanın paytaxt şəhəri Moskvada doqquz aylıq övladını boğub qaçan qadın həbs edilib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə RF İstintaq Komitəsinin Moskva vilayəti üzrə rəsmi nümayəndəsi Olqa Vradiyə istinadla məlumat yayıb.

Onun sözlərinə görə, 23 yaşlı Tatyana Filatova tutularaq istintaqa təhvil verilib.

T.Filatova doqquz aylıq övladı ilə yatdığı xəstəxanadan çıxaraq, kirayədə yaşadığı evə köçüb. O, həmin evdə körpəsini boğub öldürüb və məktub yazaraq meşəyə qaçıb.

Gənc ana məktubda “Sanki hər şey qorxulu yuxudakı kimi baş verir. O, ancaq sistem altında yatırdı. Mən çox istəyirəm ki, yaşayım, uşağım da sağ və sağlam olsun. Ancaq bu, mümkün deyil. Hər gün ona iynə vururlar, lakin kömək edə bilmirlər, mən də kömək edə bilmirəm” yazıb.

Faktla bağlı araşdırma davam edir.