Keçmiş həyat yoldaşını öldürməkdə günahlandırılan Lesoto Baş naziri Tomas Thabane vəzifəsindən istefa edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, “Bu gündən etibarən insanların verdiyi mövqedən geri çəkildiyimi izah etmək istəyirəm” deyə Thabane xalqa müraciət edib. 

Thabane, özündən sonra vəzifəsini icra edəcək baş nazirə dəstək verəcəyini açıqlayıb.

Qeyd edək ki, boşanma müddətində olan Thabanenin həyat yoldaşı Lipolelo Thabane, 2017-ci ildə evinin qarşısında ölü tapılıb.

Hadisədən bir müddət sonra evlənən Baş nazir Thabane və yeni həyat yoldaşı Maesaiah Thabane, fevralın 5-də polis tərəfindən Lipolelo Thabani öldürməkdə günahlandırılıb. 

Keçmiş həyat yoldaşının ölümü ilə əlaqəsi olmadığını iddia edən Baş nazir Thabane, hadisəyə qarışmaq üçün hər hansı bir dəlil tapılsa istefa edəcəyini bildirib.