Ukrayna Ali Radasının millət vəkili Yelizaveta Boqutskaya karantin qaydalarının tətbiq olunmasına etiraz edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o, iclasa əldə toxunulmuş tor maskada qatılıb. Deputat iclasdan fotosunu sosial şəbəkədə paylaşıb. Bununla o, karantin rejiminə və maska taxılmasına qarşı öz etirazını bildirib.

Qeyd edək ki, koronavirus Ukraynada 548 nəfərin ölümünə səbəb olub.