Bildiyiniz kimi, Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirus (Covid-19) infeksiyasının ən geniş yayıldığı ölkələrdən biri də İtaliyadır.

Unikal.org xarici KİV-ə isitnadən xəbər verir ki, ölkənin Baş Naziri Cuzeppe Konte İtaliyada koronavirusla bağlı vəziyyət haqqında məlumat verib. Belə ki, o, bütün dünyaya yayılan belə bir pandemiya ilə mübarizə aparmağa hazır olmadıqlarını etiraf edib.

Konte həmçinin bildirib ki, koronavirus bütün dünyada insanların həyat fəaliyyətlərini daha öncə heç vaxt təxmin edə bilməyəcəkləri qədər dəyişib.

Qeyd edək ki, İtaliyada 226 699 nəfər koronavirusa yoluxub, onalrdan 32 169-u bu səbəbdən dünyasını dəyişib.