Son bir gün ərzində Almaniyada koronavirusdan 83 nəfər ölüb.

Unikal.org xarici KİV-ə  istinadən xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.

Qeyd edilir ki, son sutkada daha 797 koronavirusa yoluxma halı aşkarlanıb.

Bir gün əvvəl sutka ərzində 72 nəfərin öldüyü, 513 yoluxmanın qeydə aldığı bildirilirdi.

Epidemiyanın başlanğıcından ölkədə koronavirusa 176 007 yoluxma aşkarlanıb. İnstitutun məlumatına görə, COVID-19 diaqnozu qoyulmuş 8 090 insan ölüb, 156,9 min xəstə sağalıb.

Ən çox yoluxma sayı Bavariyada qeydə alınıb. Burada 45 766 nəfər COVID-19-a yoluxub. Şimali Reyn-Vestfaliyada 36 766 təhlükəli virusun daşıyıcısı kimi qeydə alınıb. Baden-Vürtemberq 34 115, Berlində 6 507 yoluxma aşkarlanıb.