ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-35” qırıcısı Florida ştatı ərazisində qəzaya uğrayıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Florida ştatının Eglin Hərbi Hava Qüvvələri bazası məlumat yayıb. 

Qırıcının pilotu katapultasiya edərək sağ qalıb. 

Hadisənin səbəbi araşdırılır.

Bildirilib ki, bu son həftədə qəzaya uğrayan ikinci qırıcıdır. Ötən həftə həmin bazadan havaya qalxan “F22 Raptor” tipli qırıcı qısa müddətdən sonra qəzaya uğramışdı. Bu tip qırıcıların qiyməti bahadır.