Rusiyanın Tatarıstan Respublikasında dəhşətli cinayət hadisəsi baş verib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  Almetyevsk şəhərində uşaq bağçasında müəllim işləyən 38 yaşlı qadın  özünü və 8 yaşlı oğlunu öldürüb.

Tatarıstan İstintaq Komitəsindən bildirilən ilkin versiyaya görə, ana əvvəl uşağını öldürüb, sonra isə intihar edib.

Faktla bağlı “Yetkinlik yaşına çatmayan şəxsin öldürülməsi” maddəsi ilə cinayət işinə başlanılıb.

Cəsədləri ailə başçısı evə qayıdan zaman aşkarlayıb. Qapı içəridən bağlı olub. Mənzildə intiharla bağlı qadının yazdığı qeyd tapılıb.