ABŞ Prezidenti Donald Tramp koronavirus ətrafında yaranmış vəziyyətlə bağlı Çinin onu məyus etdiyini açıqlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  ABŞ prezidenti COVID-19-un nəyə görə Çinin digər ərazilərinədə yayılmadığı sualını dilə gətirib: “Ancaq onlar xəstəliyin dünyanın qalan hissəsinə, o cümlədən, ABŞ-a keçməsinə mane olmadılar. Nəyə görə bu problemi həll etməyə kömək olmaq üçün bizi buraxmadılar? Buna görə də Çin məni çox məyus etdi”.