İranda koronavirusa yoluxanların sayı artıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur daha 2 346 nəfərdə koronavirus aşkarlandığı və bununla da yoluxma faktlarının sayı 126 949-ə çatdığını açıqlayıb.

Bildirilib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 64 nəfər artaraq 7 183 nəfərə yüksəlib.

O həmçinin 2 673 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb. Bundan başqa, indiyədək 98 808 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.