İndoneziyanın Sidoarco şəhərində Səhiyyə Nazirliyinin tövsiyələrinə baxmayaraq,  koronavirusdan ölən şəxsi ölünü yuyublar.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, koronavirus diaqnozu qoyulan şəxs xəstəxanada həyatını itirib. 

Möhürlü plastik paketdə tabuta qoyulan cəsəd ailənin sorğusuna müvafiq olaraq evinə göndərilib.

Lakin infeksiyanın yayılmasına qarşı qoyulan tələblərə rəğmən, qohumlar və qonşular ənənəvi dəfn ritualı keçiriblər, o cümlədən, mərhumun cəsədini tabutdan çıxararaq yuyublar.

Nəticədə, azı 15 nəfər koronavirusa yoluxub.

Son məlumatlara görə, İndoneziyada 18 496 nəfər koronavirusa yoluxub. Onlardan 1 221 nəfəri ölüb, 4 467 nəfəri isə sağalıb.