Türkiyənin İstanbul şəhərində cinayət hadisəsi baş verib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ailədaxili münaqişə ilə bağlı çağırışa gedən polislər ünvana çatdıqları vaxt qapının yaxınlığında kürəyindən yaralanmış kişini görüblər. Onun arvadı tərəfindən bıçaqlandığı məlum olub.

Rəcəb T. adlı şəxs dərhal təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Evdə gizlənən onun həyat yoldaşı  Fadime T. isə polislər tərəfindən saxlanılıb.

Qadının mediaya açıqlaması hər kəsi təəcübləndirib.

Belə ki,  Fadime T. ərinin onu bu işə məcbur etdiyini deyib. Məhkəmə önünə çıxarılan qadın sərbəst buraxılıb. Onun ərinin vəziyyəti qənaətbəxşdir.