İsraildə havanın yüksək temperaturu və rütubətliliyin az olması meşə yanğınlarına yol açıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, meteorologiya üzrə mütəxəssis Nahum Malikin sözlərinə görə, bəzi ərazilərdə rütubət 10%-dən çox olmadığına görə bu da əksər yanğınlara səbəb olub.

Səlahiyyətlilər yanğın yaşayış binalarına yaxınlaşdığına görə ölkənin şimal bölgələrinin sakinlərinə təxliyyə olunmağı tövsiyə edib. Qüds yaxınlığında yerləşən Qeva-Binyamin qəsəbəsi isə bu yaxınlarda yanğınlara görə təxliyə edilib.

Ölkədəki bu cür hava şəraitinin cümə gününə qədər davam edəcəyi gözlənilir.

Qeyd edək ki, anomal istilər elektrik enerjisi istehlakında maksimum artıma səbəb olmuş, bu da elektrik enerjisinin verilməsində fasilələrə səbəb olmuşdu. Son günlər ərzində İsraildə günvurmadan iki nəfər həyatını itirib. İsrail hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq olunan maska taxmaq qaydasını isə istilər səbəbindən ləğv edib.