Avstraliyalı müğənni Sia radio verilişlərinin birində qonaq olub.

Unikal.org xəbər verir ki, məşhur müğənni ötən il 18 yaşlı iki oğlanı övladlığa götürdüyünü açıqlayıb:

“İndi onların 19 yaşı tamam olub. Hər ikisi çox böyük olduğuna görə övladığa götürülmə şansları demək olar ki, yox idi. Pandemiya dövrü oğlanlar üçün çətin oldu, amma hazırda dərslərinə kökləniblər. Onları çox sevirəm”.