Şabranda bədbəxt hadisə baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü Əli Məlikli yelləncəkdə yellənərkən kəndir boğazına dolanıb.

Azyaşlı Şabran Mərkəzi rayon Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.