Bu gün səhər saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Sərbaz bölgəsində silahlı qruplaşma üzvləri ilə atışma baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Sərbaz şəhərinin Kəlat kəndi yaxınlığında baş vermiş hadisə nəticəsində iki polis ölüb. Onlar polis zabitləri Arman Ərbab və Məsud Şəhrəkidir. 

Polis silahlı qruplaşma üzvlərinə qarşı əməliyyatı davam etdirir.