Xəbər verdiyimiz kimi, mayın 18-dən karantin rejimi yumşaldıb. Artıq restoranların açılmasına, Dənizkənarı Milli bulvarın və parklara əhalinin girişinə icazə verilib. 

Unikal.org əməkdaşı bulvar ərazisində olub və müşahidələr aparıb. 

Artıq bulvar ərazisində sakinlər qaydalara əməl etməklə istirahət edə bilərlər.Belə ki, Dənizkənarı Bulvarda idarənin mühafizə xidməti və polis əməkdaşları xüsusi nəzarət həyata keçirir. Bulvarda xəbərdarlıq nişanları, məlumatlandırıcı lövhələr quraşdırılıb. Bir sözlə, Bakı Bulvarı sakinlərin səmərəli istirahətini təmin etməyə davam edir.

Foto: Müzəffər İsmayılov