ABŞ-da son gün ərzində daha 1 373 nəfər koronavirusdan ölüb. 

Unikal.org "Worldometer"-ə istinadən xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 96 389-a çatıb. Eyni zamanda son 24 saat ərzində 27 261 yeni yoluxma faktı aşkarlanıb.

Beləliklə, ABŞ-da "Covid-19"a yoluxanların sayı 1 622 342-ə yüksəlib.