Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Səməd Vurğun bağının yaxınlığında 1982-ci il təvəllüdlü Qədirov Taleh Qədir oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bel-oma nahiyəsinin əziyi diaqnozu qoyulub