Tatarıstanın Zelenodolsk şəhər xəstəxanasında yanğın baş verib. Hadisə nəticəsində azı üç nəfər həyatını itirib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ilkin ehtimallara görə, yanğına elektrik xətlərində qısaqapanma səbəb olub.

Belə ki, hadisə zamanı binadan 88 nəfər təxliyyə edilib.

Şahidlər bildiriblər ki, əvvəlcə xəstəxananın işıqlandırılmasında problemlər yaranıb, daha sonra birinci mərtəbə tüstülənib.