Rusiyada dəhşətli hadisə baş vcerib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Moskvada zibil torbasında kişi başı tapılıb.

Bildirilir ki, qorxulu tapıntı paytaxt şəhərin şimal-qərbində - meşə zolağında aşkarlanıb.

Hadisə yerində müstəntiqlər və kriminalistlər çalışaraq, cinayətdə kimlərin iştirak edə biləcəyini müəyyənləşdirirlər.

Öldürülən şəxsin yaşını müəyyən etmək üçün ekspertiza təyin olunub.

Artıq hadisə ilə bağlı araşdırmalara başlanılıb.