Koronavirusun episentri olan ABŞ-ın Nyu-York ştatında virusla mübarizə çərçivəsində uzun müddətdən sonra vətəndaşlar maska taxaraq çölə çıxıblar. 

Unikal.org HaberGlobal-a istinadən xəbər verir ki, insanların səmərəli vaxt keçirməsi üçün sosial məsafəli parklar vətəndaşların istifadəsinə verilib. 

Belə ki, Madison Meydanı Parkında cəmləşən vətəndaşlar sosial məsafə qaydalarına riayət etmək üçün çəkilmiş ağ dairələrdə vaxt keçiriblər.