ABŞ-ın Cons Hopkins Universitetinin Tibb Məktəbinin alimləri COVID-19 infeksiyasının ağır formasına qarşı aşkar olunan vasitənin kliniki sınaqlarına başlayıb.

Unikal.org xarici KİV-ə istinadən məlumatına görə, həmin preparat alfa-blokatorlar qrupuna aiddir.

Aparılan müşahidələr nəticəsində məlum olub ki, COVID-19-a yoluxmuş xəstə digər xəstəliklərin müalicəsi üçün alfa-blokatorlar qəbul edibsə, onun kəskin respirator xəstəliklərdən ölüm riski azalır.

Alfa-blokatorlar qan damarlarının daralmasına təsir edən, həmçinin adrenalin və noradrenalin reaksiya verən alfa-1 reseptorlarının fəaliyyətini zəiflədir. Bu tərkibli preparatlar prostat vəzi xəstəliklərində, yüksək qan təzyiqində təyin olunur.