Portuqaliya çempionatının hazırki mövsümünün bərpa ediləcəyi tarix açıqlanıb.

Unikal.org xəbər verir ki, Portuqaliya çempionatı iyunun 3-də başlanacaq. 33-cü tura qədər keçiriləcək görüşlərin cədvəli də məlumdur.

Belə ki, iyunun 3-də start götürəcək 25-ci turun ilk oyun günündə "Portimonensi" komandası "Jil Visente" ilə, "Famalikan" futbolçuları "Portu" kollektivi ilə qarşılaşacaq.

Portuqaliya çempionatında mövsüm koronavirus pandemiyasına görə martın ortalarında dayandırılıb.