Pakistanın Karaçi şəhəri yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin hər iki “qara qutu”su tapılıb.

Unikal.org xarici KİV-ə  istinadən xəbər verir ki, bu barədə məlumat “Dev Discourse” nəşri yayıb.

“Qara qutu” ötən gün axşam tapılıb, biz onu istintaq komitəsinə təhvil veririk”, - aviaşirkətin rəsmisi deyib.

O, həm göyərtənin səs yazısı cihazının, həm də pilot kabinəsindəki diktofonun aşkarlandığını vurğulayıb.

Qeyd edək ki, mayın 22-də Pakistanın Karaçi şəhəri yaxınlığında 97 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası baş verib.